Səsküy insulta səbəb ola bilər


Digərləri 09 İyn 2018 21:05:00 329 0

Səsküy insulta səbəb ola bilər

Təmir-tikinti işləri zamanı yaranan səs-küy, avtomobil siqnalları böyük təhlükə mənbəyidir. Əsəblərə birbaşa təsir göstərən həmin səslər müəyyən sağlamlıq problemlərinə də səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, əslində fərqində olmadığımız problemlərin kökündə 50 desibeli keçən səslər dayanır. Yuxusuzluq, stress, ürək-damar problemləri normadan artıq səs-küy nəticəsində yaranır.

Bunu nəzərə alan Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri insanlara həmin səslərdən mümkün qədər uzaq olmağı tövsiyə ediblər. Çünki yaranan xoşagəlməz səslər insulta və ürək xəstəliyinə aparıb çıxarır.