Yayda vitaminlərlə zəngin qidalar qəbul edilməlidir


Digərləri 09 İyn 2018 20:10:00 242 0

Yayda vitaminlərlə zəngin qidalar qəbul edilməlidir

Sağlam orqanizmə sahib olmaq üçün düzgün qidalanma çox mühüm məsələlərdən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qida rasionunun düzgün təşkili zamanı zərərli vərdişlərin olmaması və vitaminlərlə zəngin qidaların qəbul edilməsi çox vacibdir. Xüsusilə yayda gün ərzində ən azı 2-3 litr su içilməlidir. Səhər yuxudan oyanan kimi bir stəkan ilıq su içmək orqanizmə çox faydalı təsir göstərir. Yeməkdən 10-15 dəqiqə əvvəl də bir stəkan su xeyirlidir, lakin yemək zamanı maye qəbul etmək məsləhət görülmür. Belə ki, maye 10 dəqiqə sonra mədədən sovrulur və bu zaman özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da qidanın həzm olunmasını ləngidir.

İsti havalarda soyuq qidalara olan tələbat artır, belə qidalar mədədə həzmedici şirələrin fəaliyyətini dondurur, mədə ilə yanaşı dişlərə də böyük zərər vurur. Çox isti çay içmək və isti xörək yemək də mədəni zədələyir. Əsasən yay aylarında kofe, qara çay, isti şokolad, kakao, hisə verilmiş ət qəbulu məsləhət görülmür. Qurudulmuş və ya mövsümi meyvələrə üstünlük verilməsi daha yaxşıdır.