Həftədə üç dəfə idmanla məşğul olmaq yetərli deyil


Digərləri 09 İyn 2018 20:15:00 417 0

Həftədə üç dəfə idmanla məşğul olmaq yetərli deyil

Alimlərin qənaətinə görə, həftədə üç dəfə idmanla məşğul olmaq arteriyaların sağlamlığını qorumaq üçün yetərli deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər hansı fiziki fəallığın ürək-damar sisteminə faydalı olmasına baxmayaraq, arteriyaların və ürəyin qocalmasının qarşısını almaq üçün həftədə beş-altı gün idmanla məşğul olmaq lazımdır.

Alimlər yaşı 60-dan yuxarı 100 nəfərin fiziki fəallığı üzərində müşahidə aparıblar. Ən azı 25 il idmanla məşğul olan bu insanları iki qrupa - həftənin iki gününü fiziki məşğələlərə ayıranlara və beş-altı gün məşq edən peşəkar idmançılara bölüblər. Alimlərin məqsədi bu iki qrupa daxil olanların arteriyalarında və damarlarında gedən qocalma prosesini müəyyən etmək olub. Onların zərərli vərdişləri - spirtli içki və siqaretdən istifadə etmələri nəzərə alınmayıb.

Məlum olub ki, həftədə iki-üç gün idmanla məşğul olanların boyun və baş nahiyəsində qanın daxil olduğu orta arteriyalar sağlamdır, lakin bədən hissəsinə qan daşıyan daha böyük damarlarda elastiklik azalıb. Peşəkar idmanla məşğul olanlarda isə həm orta, həm də iri arteriyalar sağlam və elastik qalıb.