Argentina millisinin heyətində dəyişiklik edildi


İdman 09 İyn 2018 19:05:00 253 0

Argentina millisinin heyətində dəyişiklik edildi

Futbol üzrə 2018-ci il dünya çempionatında çıxış edəcək Argentina millisinin heyətində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, məşq zamanı zədələndiyi üçün heyətdən kənarlaşdırılan Manuel Lansinini River Plate-in yarımmüdafiəçisi Entso Peres əvəzləyib.

Qeyd edək ki, XXI dünya çempionatının oyunları 14 iyun – 15 iyulda keçiriləcək. D qrupunda yer alan Argentina millisi iyunun 16-da Moskvada İslandiya, iyunun 21-də Nijniy Novqorodda Xorvatiya, iyunun 26-da isə Sankt-Peterburqda Nigeriya ilə qarşılaşacaq.