Acınohurda ceyranlar təhlükə altındadır


Digərləri 09 İyn 2018 19:06:00 293 0

Acınohurda ceyranlar təhlükə altındadır

2003-cü ildə yaradılan Qax Dövlət Təbiət Yasaqlığında ceyran, ayı, vaşaq, çöl pişiyi, qara kərkəs, sar, imperator qartalı, bəzgək kimi nadir sayılan heyvanlar yaşayır.

Qax Dövlət Təbiət Yasaqlığında yaşayan 71 baş ceyran daxil olmaqla ərazinin biomüxtəlifliyi məhv olma təhlükəsi qarşısındadır.

Bu barədə BBC News Azərbaycancaya aktivist Cavid Qara məlumat verib.

Onun sözlərinə görə, Acınohur çölü yarımsəhra zonasıdır və ərazinin 7500 hektarı bu il taxıl əkilməsi üçün ayrılıb.

O deyir ki, əkiləcək taxıl bir neçə ildən sonra ərazidə çox ciddi eroziya təhlükəsi yarada bilər və əkinçilikdə istifadə olunan dərmanlar biomüxtəlifliyi məhv edə bilər.

Cavid bəy "Onsuz da münbit olmayan torpaqda aparılan təsərrüfat işləri bir neçə ildən sonra öz-özünə dayanacaq, amma nəticə ağır olacaq" deyir.

"Orada bir ekosistem var, Acınohur, Axar-Baxar silsiləsi, Qanıq çay vadisi biomüxtəlifliyin zənginliyinə görə "Azərbaycanın Serengetisi" adlanır.

Orada Azərbaycanda ən zəngin vaşaq populyasiyası, çöl pişiyi, vəşi pişiklərin müxtəlif növləri və hətta ayı populyasiyası yaşayır", - Cavid Qara deyir

"Oranın əkinçilik üçün istifadəsi qeyri-mümkündür"

Torpaqşünas alim Amin Babayev deyir ki, həmin ərazidəki torpaqlar yovşan və kserofit bitkilərlə örtülüdür, bu ərazidə torpaq əmələgəlmə prosesi zəifdir və o torpaqlarda münbitlik aşağı səviyyədədir.

"Torpaqlarda nəmlik az olduğuna, biloloji canlıların zəif olmasına görə belə torpaqlarda bir neçə il dalbadal şumlanma, xüsusilə kotanla aparılan şumlama torpaq örtüyünün deqradasiyasına, nəticədə torpağın toza çevrilməsinə səbəb olur. Tozlaşmış qat mövsümü küləklər dövründə sovrulur, bu, səhralaşma adlanır. Əgər bu prosesin qarşısı alınmazsa o ərazilərdə təbii senozların deqradasiyası baş verər və biomüxtəliflik azala bilər", - Amin Babyev hesab edir.

Onun sözlərinə görə, belə nəticəni aradan qaldırmaq üçün böyük maliyyə vəsaiti və zəhmət tələb olunur.

Cənab Babayev deyir ki, "O ərazilər yarımsəhradır və oranın əkinçilik üçün istifadəsi qeyri-mümkündür".

Yasaqlıqda ekosistem dağılsa ceyranlar məhv ola bilər

"7500 hektar ayrılıb, amma həmin ərazilər deyil"

Qax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elbrus Tağıyev təsdiq edir ki, Qax rayonunda kənd təsərrüfatı üçün 7500 hektar ərazi ayrılıb, amma ərazinin həmin yer olmadığını deyir.