Bakının mərkəzində yeni yol keçidləri təşkil olunacaq VİDEO


Digərləri 09 İyn 2018 19:07:00 259 0

Bakının mərkəzində yeni yol keçidləri təşkil olunacaq  VİDEO

Bakının Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq. Bu keçidlər Bakının Şərq və Qərb hissələrini birbaşa nəqliyyat dəhlizi ilə birləşdirəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlı yeni layihə hazırlayıb.

Agentlikdən "Xəzər Xəbər"ə verilən məlumata görə, aparılan araşdırmalar onu göstərib ki, Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Yeni layihənin icrası isə Bakı şəhərinin Şərq və Qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Sürücələr isə ediləcək dəyişikliyi birmənalı qarşılamırlar. Bəziləri yol keçidlərinin effektiv olacağı qənaətindədirlərsə, bəzliləri də bunun əksini düşünürlər.

"Yolların optimallaşdırılması layihəsi"ndə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planları da nəzərə alınıb.


Xəbərə aid video