Gürcüstanda yeniyetmələrin qətli ilə bağlı təqsirləndirilən şəxs saxlanılıb


Dünya 09 İyn 2018 18:33:44 284 0

Gürcüstanda yeniyetmələrin qətli ilə bağlı təqsirləndirilən şəxs saxlanılıb

Sabiq Prokurorluq əməkdaşına qarşı cinayəti gizlətmək ittihamı irəli sürülüb

Bu gün Tbilisidə 1 dekabr 2017-ci il tarixində paytaxtda iki məktəblinin qətl işi ilə bağlı təhqiqat zamanı Gürcüstan Baş Prokurorluğunun keçmiş əməkdaşı Mirza Subeliani saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə Gürcüstan daxili işlər nazirinin müavini Natiya Mezvrişvili deyib.

Subelianiyə qarşı cinayət barədə məlumat verməmək ittihamı irəli sürülüb. O, Baş Prokurorluqda tutduğu vəzifəni qətl hadisəsindən 3 gün sonra – 4 dekabr 2017-ci il tarixində tərk edib.