AMEAnın vitseprezidenti Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb


Siyasət 09 İyn 2018 17:59:00 342 0

AMEAnın vitseprezidenti Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) məlumatına əsasən, dövlətlərarası "Birlik ulduzları" mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib.

Akademik N.Paşayeva elm sahəsində "Birlik ulduzları" mükafatına layiq görülüb.

Münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb. Laureatlar arasında SSRİ Xalq Artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı - belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.

Mükafatlar MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar fəaliyyət sahəsində "Birlik ulduzları" mükafatına layiq görülmüşdü.