İdarə rəisi: "Vaxtında təqdim edilən sənədlər gömrük əməliyyatlarının qısa zamanda yekunlaşmasına şərait yaradır" FOTO


Digərləri 09 İyn 2018 17:40:00 328 0

İdarə rəisi: "Vaxtında təqdim edilən sənədlər gömrük əməliyyatlarının qısa zamanda yekunlaşmasına şərait yaradır"  FOTO

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, görüşdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov və Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov iştirak edib.

Sahibkarlar qarşısında çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi İ.Hüseynov bildirib ki, gömrük sahəsində həyata keçirilən islahatlar iqtisadiyyatın və ticarətin inkişafına öz töhfəsini verir, gömrük xidməti modernləşdirilir, gömrük işinin daha səmərəli təşkili istiqamətində innovativ tədbirlər görülür.

İdarə rəisi daha sonra gömrük sistemində aparılan islahatlar, həmin islahatların sahibkarlıq mühitinin inkişafında rolu, gömrük-biznes əməkdaşlığının inkişafı, məmur-vətəndaş təmasının minimuma endirilməsi, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində maneəsiz və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, gömrük orqanları bundan sonra da xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük məsələlərinin şəffaf və sürətli şəkildə reallaşdırılması üçün səylərini daha da artıracaq.


Xəbərə aid fotolar