“Belə şey yoxdur, axı niyə danışırlar?” Aynur Dadaşova VİDEO FOTO


Şou-biznes 09 İyn 2018 16:45:00 613 0

“Belə şey yoxdur, axı niyə danışırlar?”  Aynur Dadaşova  VİDEO  FOTO

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan müğənni Aynur Dadaşova maraqlı açıqlamalar verib.

Geri dönüşü ilə yenidən bəzi həmkarlarını ayaq saxlayıb bir də düşünməyə vadar edən müğənni nədənsə yenidən özünə qapılıb gözdən itdi:

"Geri dönən kimi xoşagəlməz bəzi məqamlardan küsdüm, verilişlərdən incidim. İstədiyim ab-hava olmadığı üçün geri çəkildim. Sonra fikirləşdim ki, axı özümə söz vermişəm. Yeni mahnılarım studiyada hazırlıq mərhələsindəydi, mən onları oxumalıydım. Qərarlaşdırdım ki, incimək lazım deyil, oxumaq lazımdır".

Ailəsilə, şəxsi həyatıyla gündəmin düz mərkəzində əyləşmək istəmədiyini açıq etiraf edən müğənni, yəqin tamaşaçını şablon intriqalarla yormaq istəmir:

"Heç xoşlamıram ki, ailəmlə, uşaqlarımla gündəmə gəlim. Açıqlama verim ki, ay bu, mənim övladımdır, ailəmdə bu baş verdi. Adamın iç dünyası öz daxilində qalmalıdır. Tamaşaçı məndən mahnı, konsert gözləyir. Tamaşçıya içinin bir sözünü deyəcəksən, hərə bir cür fikir irəli sürəcək. Onsuz da, efirə çıxan kimi olmayan sözlər eşidib özün də təəccüblənirsən ki, belə şey yoxdur, niyə danışırlar". 


Xəbərə aid foto