Ronaldo vergi problemini həll etməyə yaxındır


İdman 09 İyn 2018 16:37:00 317 0

Ronaldo vergi problemini həll etməyə yaxındır

Vergidən yayınmaqda ittiham olunan Real Madrid-in ulduz futbolçusu Kriştianu Ronaldonun problemi həllini tapmaq üzrədir.

Goal.az-ın məlumatına görə, portuqaliyalı forvard İspaniyanın Vergi Xidməti ilə anlaşmağa çox yaxındır.

Günahını boynuna alan futbolçu 18-20 milyon avroluq təzminat ödəməklə işini bitirmiş olacaq. Halbuki əvvəllər ondan 28 milyon avro tələb olunurdu. Tərəflər arasında qarşılıqlı güzəştlər də nəzərdə tutulub. Dünya çempionatının startına qədər saziş bağlanacaq.

Qeyd edək ki, Kriştianu Ronaldo 14,7 milyon avro dəyərində vergidən yayınmaqda ittiham olunur.