“Siyasi məhbuslarla bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər”


Siyasət 09 İyn 2018 15:51:31 294 0

“Siyasi məhbuslarla bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər”

AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə  ediləcək.

Son.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

S.Seyidov deyib ki, AŞPA-nın sessiyasının ilk günündə Azərbaycanda prezident seçkiləri məsələsi müzakirə ediləcək: "Çox maraqlıdır ki, prezident seçkilərindən bir neçə ay sonra bu məsələ müzakirə edilir. Prezident seçkiləri neçə aydır yekunlaşıb və bu məsələni indi müzakirəyə salıblar. Prezident seçkiləri ilə bağlı Azərbaycan nümayəndə heyətinin çıxışı olacaq, biz öz mövqeyimizi bildirəcəyik. Bildiyiniz kimi, bir neçə müddət əvvəl BMT-də Azərbaycanda prezident seçkiləri müzakirə olundu".

S.Seyidov növbəti dəfə "siyasi məhbus" adı altında Azərbaycana təzyiq ehtimalının olduğunu bildirib: "O cümlədən bir məsələ də bizi çox ciddi narahat edir. Bu fürsətlərdən istifadə edərək sessiyada İnsan haqları üzrə komitədə siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər. Düşünürəm ki, məruzəçinin təyinatı da konstruktiv yanaşma deyil. İstəyirlərsə, qoy təyin etsinlər, biz bundan çəkinmirik", - S.Seyidov əlavə edib.