Ailə TV abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir


Digərləri 09 İyn 2018 15:51:00 309 0

Ailə TV abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir

"ExpressPay"lə ödə, "Ailə+" paketini pulsuz izlə

Bakı. Ailə TV rəqəmsal yayıma keçid və rəqəmsal yayımdan daha keyfiyyətli istifadəni təşviq etmək məqsədilə ExpressPay ödəmə xidməti ilə birgə abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir. "Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ExpressPay ödəniş terminalları vasitəsilə Ailə TV – Kabel TV ödənişləri edən rəqəmsal yayım abunəçiləri əlavə 72 kanaldan ibarət olan Ailə+ paketini (5 azn deyil) pulsuz izləyə biləcəklər.