Sumqayıt'da daha bir ayrılıq


İdman 09 İyn 2018 15:34:00 254 0

Sumqayıt'da daha bir ayrılıq

Sumqayıt klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi Elnur Abdullayevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Əvəzində qapıçı Mehdi Cənnətovla müqavilənin müddətini uzatmaqla bağlı ortaq məxrəcə gəlinib.

Qarabağ-dan ayrılan Əfran İsmayıov və Qəbələ-ni tərk edən Elvin Məmmədovla da ilkin razılıq əldə edilib. Qəbələ təmsilçisinin müdafiəçisi Yusif Nəbiyevin də yenidən icarə əsasında Sumqayıt-ın formasını geyinəcəyi gözlənilir.

Qeyd edək ki, Sumqayıt yay fasiləsində Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə və Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində Amil Yunanov, Kamal Mirzəyev, Azər Salahlı, Vüqar Bəybalayev, Rəşad Eyubov və Tural Axundov klubu tərk edub. Bəhlul Mustafazadə müqavilə ilə məxsus olduğu “Qəbələ”yə döndüyü halda, Fərhad Vəliyev karyerasını başa vurub.