YAY Qalereyasında "Cismani peyzajlar" adlı qrup sərgisi açılıb (FOTO)


Digərləri 09 İyn 2018 15:36:48 322 0

YAY Qalereyasında "Cismani peyzajlar" adlı qrup sərgisi açılıb (FOTO)

YAY Qalereyasında Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov, Sabina Şıxlinskayanın iştirakı ilə ‘Cismani peyzajlar’ adlı qrup sərgisinin açılışı baş tutub.

Bakı. YAY Qalereyasında Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov, Sabina Şıxlinskayanın iştirakı ilə ‘Cismani peyzajlar’ adlı qrup sərgisinin açılışı baş tutub. Trend-in məlumatına görə, sərgi sentyabrın 1-ə qədər davam edəcək. İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib.