Britaniyanın ən varlı adamı Chelsea'ni ala bilmədi


İdman 09 İyn 2018 15:15:00 286 0

Britaniyanın ən varlı adamı Chelsea'ni ala bilmədi

Rusiyalı iş adamı Roman Abramoviç Chelsea-ni Böyük Britaniyanın ən varlı şəxsi Cim Retkliffə satmaqdan imtina edib.

Goal.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sərvəti 20,5 milyar funt sterlinq olaraq dəyərləndirilən C.Retkliffə R.Abramoviçin London klubunu satmaq niyyətində olmadığı bildirilib.

Qeyd edək ki, 9,3 milyard dollar sərvətə malik R.Abramoviç Chelsea-ni 2003-cü ildə 140 milyon funt sterlinqə alıb.