Debutant 9 futbolçunu heyətə qatdı


İdman 09 İyn 2018 14:39:00 331 0

Debutant 9 futbolçunu heyətə qatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək Sabah klubu daha 9 futbolçu ilə müqavilə bağlayıb.

Goal.az xəbər verir ki, ötən mövsüm I Divizionun qalibi olan Xəzər-in heyətində rəhbərliyi altında çıxış etmiş qapıçı – Tərlan Əhmədli, müdafiəçilər – Məmmədov Novruz, Ülvi İbazadə, Eltun Turabov, yarımmüdafiəçi Vadim Abdullayev, eləcə də hücumçular – Tural Qürbətov və Bəxtiyar Soltanovla münasibətləri rəsmiləşiriblər.

Həmçinin Keşlə-dən ayrılan müdafiəçi Məqsəd İsayev və Səbail-i tərk edən yarımmüdafiəçi Kərim Diniyevlə də sözləşmə imzalanıb.

Qeyd edək ki, Sabah daha öncə Kəpəz-dən ayrılan müdafiəçi Tərzin Canagirovla müqavilə bağlayıb.