Bakıda qonşusunu döyüb öldürən şəxs apellyasiya şikayəti verib


Sosial 09 İyn 2018 14:55:16 285 0

Bakıda qonşusunu döyüb öldürən şəxs apellyasiya şikayəti verib

Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq

Bakıda qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 13-nə təyin edilib.

Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib. Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Zülfani oğluQədimovqonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.