Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd edilib (FOTO)


Digərləri 09 İyn 2018 14:44:00 288 0

Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd edilib (FOTO)

Akademik Milli Dram Teatrında Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib.

Bakı. Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçirilib. Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Sofa Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb.