SOCAR: "Cənub Qaz Dəhlizi" Avropaya enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək


Digərləri 09 İyn 2018 14:35:00 262 0

SOCAR: "Cənub Qaz Dəhlizi" Avropaya enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək

"Cənub Qaz Dəhlizi" Avropaya qaz mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə nail olmağa kömək edəcək

"Cənub Qaz Dəhlizi" Avropaya qaz mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə nail olmağa kömək edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti çərçivəsində keçirilən "Enerji təhlükəsizliyi" mövzusunda paneldə SOCAR-ın marketinq və inkişaf departamentinin rəhbəri Emil Qasımlı deyib.

E.Qasımlının sözlərinə görə, enerji təhlükəsizliyi, diversifikasiya və yenidən rekarbonizasiya Avropa üçün prioritet olaraq qalır: "Təbii qaz ən təmiz yanacaq növlərindən biridir və biz bu layihənin Avropaya öz məqsədlərinə çatmasına kömək edəcəyinə inanırıq".

SOCAR nümayəndəsi qeyd edib ki, layihənin icrası qrafik üzrə icra olunur, "Cənub Qaz Dəhlizi" çərçivəsində artıq iki layihə tamamlanıb.