Müğənni “Şipşirin” Elçini kimlər döyüblər?


Şou-biznes 09 İyn 2018 14:10:00 259 0

Müğənni “Şipşirin” Elçini kimlər döyüblər?

Nərimanov Rayon Məhkəməsində tanınmış müğənniyə qarşı xuliqanlıq edən şəxslərin məhkəməsi başlayır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Həsənəliyev Zamiq Telman oğlu və Məmmədov Ramin Elyas oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 14-də hakim Rəşad Abdulovun sədrliyi keçiriləcək.

Cinayət işində zərərçəkmiş qismində tanınmış müğənni "Şipşirin Elçin" kimi tanınan Cəfərov Elçin İspər oğlu və onun qardaşı Cəfərov İlkin İspər oğlu tanınıb.