Səməd Seyidov: "AŞPA-nın yay sessiyasında iştirak edəcək və öz mövqeyimi bildirəcəyəm"


Siyasət 09 İyn 2018 13:55:00 370 0

Səməd Seyidov: "AŞPA-nın yay sessiyasında iştirak edəcək və öz mövqeyimi bildirəcəyəm"

"Biz AŞPA-da aktiv fəaliyyət göstərəcəyik"

"Mən AŞPA-nın yay sessiyasında iştirak edəcəyəm və öz mövqeyimi bildirəcəyəm".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakınümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Mənimfunksiyaları yerinə yetirməyimə heç bir sanksiya tətbiq oluna bilməz. Mənbüronun üzvüyəm. Bir qrup insanın mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, biz bundan imtina edək. Biz AŞPA-da aktiv fəaliyyət göstərəcəyik. Əminəm ki, onların arzuları ürəklərində qalacaq", - o qeyd edib.

S.Seyidov bildirib ki, AŞPA-nınyay sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-dəkeçirilmiş Prezident seçkiləri ilə bağlı hesabat müzakirə ediləcək: "Sessiya zamanı Azərbaycan nümayəndə heyətini narahat edən bir məsələ də müzakirə olunacaq. Bu, siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək məsələsidir. Məruzəçinin təyinatı da konsktruktiv yanaşma deyil. Qoy təyin etsinlər, biz bundan çəkinmirik".