Usta "laqonda" ilə barmaqlarını kəsdi


Digərləri 09 İyn 2018 13:56:00 306 0

Usta "laqonda" ilə barmaqlarını kəsdi

Ağdam sakininin əl barmaqları amputasiya olunub

Ağdamda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Baharlı qəsəbə sakini Abdullayev Rafiq İsmayıl oğlu "laqonda" adlandırılan kəsici alətlə işləyərkən sol əlinin üç barmağını yaralıyıb. Yaralı R.Abdullayev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət böyük olduğundan R.Abdullayevin barmaqları amputasıya edilib.

Faktla bağlı araşdırma aparılır.