Bakının içməli suyuna tullantı suları axıdılıb?


Digərləri 09 İyn 2018 13:29:00 262 0

Bakının içməli suyuna tullantı suları axıdılıb?

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılmasının içməli suya aidiyyəti yoxdur.

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

ASC rəsmisi qeyd edib ki, tullantı sularının axıdıldığı kanal Ceyranbatan Su Anbarını qidalandırmır: 

"Əhalinin içməli suyuna heç bir aidiyyəti olmadığı üçün su çirklənmir".

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə bildirib ki, məsələ ilə bağlı araşdırma aparacaq: