Strateji Araşdırmalar Mərkəzi: TAP İtaliyanın daxili işi deyil, ümumavropa layihəsidir


Digərləri 09 İyn 2018 13:18:01 241 0

Strateji Araşdırmalar Mərkəzi: TAP İtaliyanın daxili işi deyil, ümumavropa layihəsidir

Transadriatik qaz kəməri (TAP) İtaliyanın daxili işi deyil, Avropa Komissiyasının dəstəklədiyi ümumavropa layihəsidir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov İtaliyanın yeni hökumətinin skeptik bəyanatını şərh edərkən deyib.

F.Məmmədov qeyd edib: "Bu, iri transmilli şirkətlərin daxil olduğu böyük konsorsiumdur. TAP ümumavropa layihəsidir və Avropa Komissiyasının səlahiyyətindədir. Əgər İtaliyanın yeni hökumətində suallar yaranırsa və skeptik bəyanatlar səsləndirirsə, ilk növbədə buna həmin layihəni milli səviyyədən beynəlxalq səviyyəyə qaldıran Avropa Komissiyası reaksiya verməlidir".

Onun sözlərinə görə, vaxtilə SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsinin özəlləşdirilməsində iştirak etmək arzusunu elan edəndə və DESFA-nın səhmlərinin 66 faizini əldə edərək ilk mərhələni uğurla başa vuranda Avropa İttifaqının eyni şirkətin həm tədarükçü, həm paylayıcı, həm də satıcı kimi çıxış etməsinə imkan verməyən üçüncü emergetika zərfinə görə Dövlət Neft Şirkəti yekunda səhmlərin 17 faizini güzəştə getməli oldu: