Həbsdə olan nəvəsinə çörəyin içində telefon keçirmək istədi,


Digərləri 09 İyn 2018 13:06:00 277 0

Həbsdə olan nəvəsinə çörəyin içində telefon keçirmək istədi,

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sultanov Məcid Qasım oğluna babası Gəncə şəhər sakini Sultanov İdris Hüseyin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.


Xəbərə aid fotolar