Gürcüstandan qanunsuz keçirilən pirotexniki vasitələr aşkarlanıb


Digərləri 09 İyn 2018 12:51:00 233 0

Gürcüstandan qanunsuz keçirilən pirotexniki vasitələr aşkarlanıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Bakı. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa qapısında gizlədilmiş, üzərində "Petards" yazısı olan 250 qutu pirotexniki vasitə aşkar edilib.