Azərbaycan vətəndaşı Ukraynadan Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlanılıb


Sosial 09 İyn 2018 12:19:03 265 0

Azərbaycan vətəndaşı Ukraynadan Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlanılıb

Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb

Ukrayna sərhədçiləri29 yaşlı Azərbaycan vətəndaşınıBelarusa qanunsuz yolla keçməyə çalışarkənsaxlayıblar.

"Report" UNN-ə istinadən xəbər verir ki,bu barədəUkraynanın Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, bu yaxınlarda Ukraynaya gələn Azərbaycan vətəndaşı Belarusa getmək istəyərkən Belarusun sərhədçiləri tərəfindən saxlanılıb və Ukraynaya geri qaytarılıb. O, daha sonra Ukrayna-Belarus sərhədiniqanunsuz keçməyəcəhd göstərib. Azərbaycan vətəndaşınaUkrayna ərazisinədaxil olmasınaüç il müddətinəqadağa qoyulması barədə qərar verilib.