"Məni küçədə öldürüb, aradan götürəcəklər"


Şou-biznes 09 İyn 2018 12:03:00 275 0

"Məni küçədə öldürüb, aradan götürəcəklər"

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov, nəhayət ki, uzun fasilədən sonra seriala dəvət alıb.

Son.az xəbər verir ki, bu barədə yenicag.az-a aktyor özü açıqlama verib:

"Hara gedirdimsə, soruşurdular ki, niyə yerli seriallarda çəkilmirsiz. Nəhayət ki, yazıçı, millət vəkili Hüseynbala Mirələmovun "40-cı qapı" romanı əsasında ekranlaşacaq seriala çəkiləcəm. Deputat serialda özü mənim çəkilməyimi istəyib. Bir müddət öncə deyib bu serialda baş rola ya Fuad Poladov, ya da Tariyel Qasımovun çəkilməsini istəyirəm. Fuad rəhmətə getdi, məni çəkəsi oldular. İyunun 15-i çəkilişlərə start veriləcək. Serialı Rusiyada təhsil alan İdrak adlı rejissor çəkəcək".