Bakıda sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib - FOTO - VİDEO


Sosial 09 İyn 2018 11:58:00 299 0

Bakıda sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib - FOTO - VİDEO

Hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb

Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus90-SA-832 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsiyol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90-LS-301 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb.

Hadisə zamanıİ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, "Report"a anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib.

Qəza nəticəsində "Hyundai" markalı avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün müvafiq məntəqəyə aparılıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.