Tibb bacısının səhlənkarlığına görə 4 günlük uşağın ayağı kəsildi FOTO


Digərləri 09 İyn 2018 11:58:00 307 0

Tibb bacısının səhlənkarlığına görə 4 günlük uşağın ayağı kəsildi  FOTO

Əgər tibb bacısı diqqətli olsaydı, feni vaxtında götürsəydi, oğlumun ayağı kəsilməyəcəkdi.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri doğum evindəki tibb bacısının səhlənkarlığı üzündən oğlunun ayağı kəsilən ata söyləyib.

Bədbəxt hadisə Çinin Zhumadian şəhərindəki Xincai hospitalında baş verib. Belə ki, tibb bacısı 4 günlük körpəni yuyundurduqdan sonra saç qurutma aparatı ilə qurutmaq istəyib, lakin feni açıq qoyaraq oranı tərk edib. İşlək fen təxminən saat yarım müddətində uşağın ayağını yandırıb.


Xəbərə aid fotolar