Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi:


Digərləri 09 İyn 2018 11:08:00 274 0

Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi:

Dünən gecə Türkiyəyə çatdırılmadan atipik pnevmaniyadan həyatını itirən 7 yaşlı Aytacın anası Raya Cəfərszadə sosial şəbəkədə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib.

Son.az medicina.az-a istinadən həmin paylaşımı təqdim edir:

" Qızım fevralda yüngül  pnevmaniyadan müalicə aldı, sonra rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mart, aprel, may ayına kimi heç bir şikayət olmadı. Mayın 15-dən adi öskürək başladı. 1 həftə temperatur 37 oldu. Müalicə aldıq, xeyri olmadı. Qarayev adına uşaq xəstəxanası-xarabaya getməzdən 3 gün qabaq hərarət 40-a çatdı. İshal, qusma başladı, huşu bulanıq idi. 

Gece ilə qızımı Razində 5 saylı infeksion xəstəxanaya apardıq. Dedilər, meningitə oxşayır. Təcili yardımla göndərdilər Qarayev xarabasına. Uşaq bütün gecəni sistem aldı, səhərə özünə gəldi.  Bizi Akif həkimin mədə-bağırsaq şöbəsinə köçürdülər. 3 gün yatdı, ishal, qusma durdu. Temrepatur 37-ə endi. Dedilər ki, uşağın immuniteti çox zəiflədiyi üçün somatik şöbəyə keçirək. Bütün müayinələrdən keçdik, hər şey təmiz çıxdı, bircə ağciyərlər yox. Diaqnoz: ikitərəfli pnevmaniya.

Somatik şöbənin müdiri Gülnarə bir torba dərman yazdı, Akif həkim bir torba dərman tazdı. Antibiotiklər olundu. Uşağımın temperaturu düşmürdü. Apardılar aerozola. Balamın halı lap pisləşdi. Palatada qıcolmalar keçirməyə başladı. 8 yaşına kimi bir dəfə sudurqa keçirtməyən balam qucağımda kömək axtardım. Şöbənin işçiləri handan-hana gəlib maqnezium vurdular. Gördülər düzəlmir, qaçdım reanimasiyaya. Orda uşağa sistem, oksigen verdilər. Balamın beyni yatmışdı. 

Reanimasiyada qaldığımız gecə uşağın sidik kisəsi dolub, beyinə siqnal çatmadığından boşala bilmir. O boyda xarabada kateter qoyan yoxdur. Gecə ilə semaşkoya gedib uroloq gətirmişəm, kateter alıb verdim, sidik kisəsi boşaldı. Amma nə fayda, balamın beyni söndü, komaya düşdü. Kənardan həkim gətirməyə icazə vermədilər.