Dünyanın ən uzun insanının həyat hekayəsi FOTO


Dünya 09 İyn 2018 10:41:00 373 0

Dünyanın ən uzun insanının həyat hekayəsi  FOTO

1918-ci il fevralın 22-də Uodlou ailəsində ilk oğlan övladı - Robert dünyaya gəldi. O Robert ki, sonradan dünyanın ən uzun insanı kimi Ginnesin rekordlar Kitabına düşüb. Robert 4 yaşınadək normal uzunlquda və çəkidə olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəfil və qeyri-adi boy artımı hipofiz şişi və akromeqaliya ilə əlaqələndirilirdi. 5 yaşında onun üçün artıq 17 yaşlı yeniyetmənin geyinə biləcəyi libaslar alınırdı. Boyu isə 163 santimetr idi. 3 il sonra atasının boyuna çatan Robertin (182 santimetr) çəkisi 90 kiloqram olub. 

Robert hər mənada qeyri-adi uşaq olsa da, valideynləri onun mümkün qədər normal həyat sürməsinə çalışıb. Məktəbdə onun üçün xüsusi parta belə hazırladıblar. Ailədə böyük qardaş kimi özündən kişik bacısı və qardaşı ilə normal münasibətdə olub, onlarla oyunlar oynayıb. 13 yaşında isə artıq Robert üçün xüsusi geyimlər və yataq dəstləri sifariş olunmağa başlanıb. 

Robertin atası və anası digər insanlar kimi normal boy uzunluğunda və çəkidə olublar. 

1936-cı ildə oğlanı Rinqlinq qardaşlarının sirki truppaya dəvət edir. Robert böyük insan kütləsinin diqqətini cəlb edir və tezliklə populyarlaşır. 

1938-ci ildə Uodlouya milli ayaqqabı şirkətlərindən biri iş təklifi edir. Robert təkliflə razılaşır və şirkətlə promoturlara çıxaraq oların brendini reklam edir. Onun üçün 37AA ölçülü ayaqqabı isə pulsuz hazırlanırdı. 


Xəbərə aid fotolar