Bakıda sərxoş yatdı, qəza törətdi FOTO


Digərləri 09 İyn 2018 09:40:00 284 0

Bakıda sərxoş yatdı, qəza törətdi  FOTO

Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus 90-SA-832 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90-LS-301 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb. 

Hadisə zamanı İ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, "Report"a anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib.


Xəbərə aid fotolar