BƏƏdə kosmonavtlarını seçib


Digərləri 09 İyn 2018 08:51:00 297 0

BƏƏdə kosmonavtlarını seçib

Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin-Rəşid Əl-Maktum Kosmik Mərkəzi ölkə tarixində ilk kosmonavtlar dəstəsinin formalaşdırılması üçün 95 nəfəri seçib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, 95 nəfər 4 min namizədin içindən ayrılıb. Onların sırasına yaşı 35-dək olan 20 qadın və 75 kişi daxildir.   Bu ilin sonunadək dörd əsas və iki ehtiyat üzvdən ibarət son dəstənin yaradılacağı gözlənilir. Onların hamısı kosmik fənlərlə yanaşı, rus dilini öyrənəcəklər.   İlk əmirlik kosmonavtının Beynəlxalq Kosmik Stansiyaya yaxın illərdə, digərlərinin isə daha sonra göndərilməsi planlaşdırılır.