Təkadamlıq uçan aparat VİDEO


Digərləri 09 İyn 2018 08:55:00 312 0

Təkadamlıq uçan aparat  VİDEO

"Google"un qurucularından biri Larri Peycin yaratdığı və dəstəklədiyi "Kitty Hawk" startapı öz saytında yeni uçuş aparatının videosunu yerləşdirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, drona oxşayan "Flyer" bir nəfər tərəfindən idarə olunur, saatda 30 km-dən çox sürətlə hərəkət edir və 3 metr hündürlüyə qalxır.  

Aparat 10 propellerlə uçur və onların elektrik mühərrikləri batareyadan qidalanır. Aparatı iki coystikin köməyi ilə idarə etmək olur.

Şirkət hələlik "Flyer"in nə vaxt satışa çıxacağını açıqlamayıb. "Bloomberg" bildirir ki, ilk alıcılar istirahət mərkəzləri və idman klubları olacaq.