Uçan yanğınsöndürmə şlanqı yaradılıb VİDEO


Digərləri 09 İyn 2018 08:21:00 258 0

Uçan yanğınsöndürmə şlanqı yaradılıb  VİDEO

Yaponiyanın Tohoku Universitetinin mühəndislər qrupu su reaktiv şırnaqları vasitəsilə havada asılı qalan uçan robot yanğınsöndürən yaradıb.

Son.az ICTnews-a istinadən bildirir ki, qeyri-adi robot su üçün şlanq və ucluqlara malik modullardan ibarətdir. Əsas modul şlanqın sonunda quraşdırılıb və həm şlanqın havada saxlanılması, həm də yanğının söndürülməsi üçün istifadə olunur. Yanğınsöndürənlərə daha uzun şlanq tələb olunacağı təqdirdə ona əlavə idarəetmə modulları quraşdırmaq mümkün olacaq.

Bildirilir ki, şlanqı havada stabilləşdirmək üçün mühəndislər dəstəklənən şırnaqların intensivliyini dəyişməyən və onların istiqamətini bəzi ucluqlarda elektromotorlar vasitəsilə tənzimləyən idarəetmə sistemi yaradıblar.