Bu sistemini 700 milyon istifadəçisi var


Digərləri 09 İyn 2018 07:11:00 245 0

Bu sistemini 700 milyon istifadəçisi var

"Windows Insider Dev Tour" çərçivəsində keçirilmiş mətbuat konfranslarından birində nümayiş etdirilmiş növbəti slayd 700 milyondan çox aktiv qurğunun "Windows 10" əməliyyat sisteminin idarəetməsi altında işlədiyini sübut edir.

Son.az ICTnews-a istinadən bildirir ki, xatırladaq ki, təxminən 1 ay əvvəl "Microsoft"un rəsmisi "Windows 10" sistemi ilə işləyən qurğuların sayının təxminən 700 milyona yaxınlaşması barədə məlumat vermişdi. Xatırladaq ki, "Microsoft" korporasiyası öz əməliyyat sistemini təqdim edərkən 2-3 il sonra 1 milyard qurğunun yeni sistemin idarəetməsi altında işlədiyini bildirmişdi. Ancaq şirkət sonra öz sözündən imtina etmişdi.

"Windows 10" əməliyyat sistemi ilə bağlı məlum digər faktlar aşağıdakılardır: "Windows 10" sistemi ilə işləyən qurğuların istifadəçiləri bu əməliyyat sistemi arxasında ümumilikdə 197 milyarddan çox saat vaxt keçiriblər; "Windows 10" kommersiya seqmentində öz mövqeyini 1 il ərzində 84% gücləndirib; Dünyanın 13 ölkəsində 150 milyondan çox nəfər "Cortana" səsli köməkçisindən istifadə edir.