Bakıda 4 yaşayış binasının həyəti zəbt olunub Darısqal yerdə 5ci binanı tikmək istəyirlər VİDEO


Digərləri 08 İyn 2018 23:12:00 284 0

Bakıda 4 yaşayış binasının həyəti zəbt olunub  Darısqal yerdə 5ci binanı tikmək istəyirlər  VİDEO

Bakıda 4 yaşayış binasının həyəti zəbt olunub. Burada hündürmərtəbəli yaşayış binasının tikiləcəyi iddia olunur.

Son.az bildirir ki, söhbət Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi 2-4 ünvanından gedir. Ərazidə olan 4 binanın sakinləri deyir ki, tanımadıqları şəxslər binaların həyətində nümunəvi məhəllənin salınacağını bildiriblər. Ancaq bir müddət keçəndən sonra burada 16 mərtəbəli binanın tikiləcəyi xəbəri verilib. Bunun üçün isə ərazinin hasara alınmasına başlanılıb. Lakin sakinlər buna icazə verməyiblər.

Sakinlərin sözlərinə görə, bina tikiləcəyi təqdirdə həyətdə olan mərasim evi söküləcək, üstəlik, uşaqların oynaması üçün ərazi olmayacaq.