Azərbaycan neftinin 1 bareli 78 dolları ötüb


Digərləri 08 İyn 2018 23:15:00 213 0

Azərbaycan neftinin 1 bareli 78 dolları ötüb

Azərbaycan neftinin 1 bareli 78 dolları ötüb.

Bakı. Maksim Tsurkov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 78,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,89 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 77,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,88 dollar/barel çoxdur.