Vəfat etmiş şəxsin adına cərimə protokolları göndərilir Azərbaycanda qəribə olay VİDEO
Digərləri 08 İyn 2018 22:53:00 274 0
Dünyasını dəyişsə də adına radara düşmüş avtomobillərin cərimə protokolları gəlir.
Son.az bildirir ki, qəribə hadisə Hacıqabul rayonu Qarasu kəndində baş verib.
Kənd sakini Şamil Azadovun atasu Əmrah Azadov 2015-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, tez-tez ünvanlarına cərimə protkolları göndərilir. Onun sözlərinə görə, protokolda göstərilən avtomobillər əvvəllər onun atasının adına olsa da, maşınlardan biri 2002-ci ildə, digəri isə 2007-ci ildə satılıb.
Şamil Azadov bidirir ki, atasının ölüm kağızı da var və bu sənədi 2015-ci ildə dövlət orqanlarına təhvil verib. İndi o, bu cərimələrin ona və ailəsinə problem yaradacağından ehtiyat edir.
Mənbə: milli.az