İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb - YENİLƏNİB


Dünya 08 İyn 2018 21:58:00 285 0

İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb - YENİLƏNİB

İsrail əsgərləri Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədəWAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb.

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb.

***20:03

Qəzzadaİsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, 500-dən çoxu yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki,bu barədə FələstinSəhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.