Alimlər xərçəng hüceyrələrinin salamat qalmasına imkan verən səbəbləri müəyyən ediblər


Digərləri 08 İyn 2018 21:59:00 262 0

Alimlər xərçəng hüceyrələrinin salamat qalmasına imkan verən səbəbləri müəyyən ediblər

Lund şəhərindəki (İsveç) Universitetin tədqiqatçıları xərçəngin müalicəsini çətinləşdirən səbəbləri araşdırma prosesində müxtəlif müalicə üsullarından istifadə zamanı xərçəng hüceyrələrinin salamat qalmasına imkan yaradan strategiyaları müəyyən edə biliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər pasiyentlərin müxtəlif qruplarında 50 törəmədən götürülmüş xərçəng hüceyrələri genomlarını təhlil ediblər. Onlar xərçəng hüceyrələrinin pasiyentin immun sisteminə, habelə kimyəvi terapiyaya və digər preparatlara qarşı yönəlmiş müdafiə mexanizmlərinin inkişafına şərait yaradan gen qruplarını və onların ardıcıllığını müəyyən etməyə nail olublar.

Alimlərin sözlərinə görə, bədxassəli toxumalar böyüdükcə bu genlərdə mutasiyalar formalaşır və şiş hüceyrələrinin "klonlar" deyilən yeni tipləri yaranır. Beləliklə, eyni şişin daxilində müalicə prosedurlarına müxtəlif şəkildə reaksiya verən bir neçə "klon" ola bilər. Məlum olub ki, bu mutasiyaları şiş toxumalarının "tolerantlıq", "birgəyaşayış", "rəqabət" və "xaos" mexanizmləri barədə dəqiq təsəvvür yaradan dörd qrupa bölmək olar.

"Rəqabət" və "xaos" qrupları şişlərin təkrar əmələ gəlməsinə kömək edir.