Koçaryan, Sarkisyan və Qaragenin başı dərddə: Cinayətlər gün üzünə çıxarılır VİDEO


Siyasət 08 İyn 2018 22:04:00 380 0

Koçaryan, Sarkisyan və Qaragenin başı dərddə: Cinayətlər gün üzünə çıxarılır  VİDEO

Robert Koçaryan və Serj Sarkisyanın vaxtında yüksək vəzifələr tutmuş şəxslərdən biri - Qriqor Qriqoryan Koçaryanın tapşırığı ilə əli yalın əhaliyə atəş açdıqlarını etiraf edib.

Son.az bildirir ki, daxili qoşunların keçmiş komandiri, daha sonra "Çiçəklənən Ermənistan" fraksiyasından deputat olan Qriqor Qriqoryan 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsinin Koçaryanın əmri ilə olduğunu deyib. Qriqoryan ifadəsində bildirib ki, həmin vaxt daxili qoşunlarda rəhbər şəxs olduğu üçün ölkə prezidentinin əmrindən qeyri-addım ata bilməyib. O, dediklərinin həqiqəti əks etdirdiyini sübut etmək üçün 2008-ci il 1mart hadisələri ərəfəsində Robert Koçaryanla telefon danışıqlarının səs yazsını istintaqa təqdim edə biləcəyini deyib.

Ermənistanın 1in.am sayti yazır ki, hazırda bir çox yüksək çinli məmurlar, biznesmenlər Robert Koçaryanın həbs olunacağı günü gözləyirlər. Onlar bildirirlər ki, Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsi, insan haqlarının kobud şəkildə pozulması, iqtisadiyyatın hakim Qarabağ klanı tərəfindən mənimsənilməsi, sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsi, insanların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır.

Qriqor Qriqoryan həmçinin bildirib ki, Katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində Ermənistanın o vaxtkı hakimiyyətinə öz xeyr-duasını verib. Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. Bu işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də həmin Qaregindir. Yeri gəlmişkən, bu günlərdə İravənda II Qaragenə qarşı etiraz aksiyasi keçirilib. Dindarlar, onun postundan istefa verməsi tələbi ilə küçələrə axışıblar. Etirazçılar onun kilsə pulları hesabına şəxsi biznesini inkişaf etdirdiyini və işçilərinin maaşını vermədiyini bildiriblər. II Qaragen isə istefa verməyəcəyini açıqlayıb. Bunun ardınca narazı kütlə Qaragenə qarşı etirazların geniş şəkildə davam etdiriləcəyini vurğulayıblar.

Nikol Paşinyana gəlincə, o, quldar rejimin üzvləri olan Robert Koçaryan, Serj Sarkisyan və II Qaragenə toxunmur. İnqilab yolu ilə hakimiyyətə gələn yeni baş nazir jurnalistlərə sərsəm bəyanatlar verərək, ölkədəki problemləri "sehirli çubuqla" həll edəcəyini deyib.

Görünür, onun "sehirli çubuğu" işə düşə bilmir. Yaxud da ki, Nikolun özü hansısa qüvvələrin əlində siyasi vastəyə çevrildiyindən marionet durumundan xilas ola bilmir. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: