İnsan ölməyəcək, zaman donacaq, xəstəlik olmayacaq YAXIN İLLƏRDƏ BİZİ NƏLƏR GÖZLƏYİR?


Digərləri 08 İyn 2018 21:11:00 364 0

İnsan ölməyəcək, zaman donacaq, xəstəlik olmayacaq  YAXIN İLLƏRDƏ BİZİ NƏLƏR GÖZLƏYİR?

Mitio Kaku dünyanın ən məşhur futuroloqlarındandır. O, "Gələcəyin fizikası", "Şüurun gələcəyi", "Mümkünsüzün fizikası" kimi elmi kitabların müəllifidir. Bu günlərdə tanınmış alim insanı gələcəyə doğru dəyişdirməyin yolları barədə mühazirəsi ilə Peterburq Universitetində böyük auditoriya qarşısında çıxış edib.

Son.az həmin mühazirənin ən maraqlı məqamlarını təqdim edir:

Dünyanın ən məşhur 300 alimindən fərqli televiziya kanalları üçün müsahibəlar aldım. Bura BBC, "Discovery" və digər kanallar aiddir. Birlikdə 20, 50, 100 ildən sonra texnologiyada və elmdə baş verəcək dəyişiklikləri müzakirə etdik. Bu gün sizə bu haqda danışacam. Çağdaş dövrün ən önəmli texnoloji uğuru süni intellektdir. Bundan əlavə, gələcəyimiz nanotexnologiyanın və biotexnologiyanın əlindədir.

Süni intellekt, robotlar və onların tətbiqi

Artıq bu gün cərrahlar əməliyyat əsnasında ağıllı eynəklərdə internentdən istifadə edə, onlara rentgen filmləri yükləyə, MRT və pasientin xəstəlik tarixçəsi təsvirlərinə baxa bilər. Tezliklə onlar internetlə belə deyək, ünsiyyətdə olacaqlar. Buna nümunə olaraq "Robodoc" proqramını misal çəkə bilərik. Bu proqram internet vasitəsilə bütün gərəkli araşdırmanı aparıb, dəqiq təchiz qoya biləcək. Beləliklə nəinki həkimlərin, eləcə də xəstələrin işi yüngülləşəcək. Məsələn, bu gün müayinə, müalicələrə getmək, həkim qəbulunda növbə gözləmək kifayət qədər zamanınızı ala bilər. Amma gələcəyin texnologiyasının köməyi ilə sadəcə ağıllı eynək, yaxud saatı taxıb, sağlamlığınızın son durumu haqda tam pulsuz məlumat əldə edəcəksiniz.

Özü də bu inqilab təkcə tibb sahəsində deyil, hüquqi sahədə də baş verəcək. Tutaq ki, Avropanın böyük bir şəhərinə səfər edirsiniz. Gözlənilməz hadisə baş verir və sizin hüquqi yardıma ehtiyacınız yaranır. Dilini bilmədiyiniz, yerli qayda-qanuna bələd olmadığınız bu şəhərdə qol saatınıza dərdinizi deyərək, gərəkli hüquqi yardımı elə yerindəcə əldə edəcəksiniz. Həmin sayt "Qlobal hüquqşünas" adlanacaq, dünyanın bütün qanunvericilik sənədlərinə, gərəkli məlumat resurslarına birbaşa çıxışı olacaq. Qol saatına probleminizi söyləyən kimi danışdığınız dildə də avtomatik cavab alırsınız. Bu kompüter yardımı universitetdə tədrisdən tutmuş, bina tikintisinədək istənilən sahəni əhatə edəcək.

Hazırda biz masaüstü kömpüterlərdən, smartfonlardan, planşet və notbuklardan istifadə edirik. Sual meydana çıxır? Bu qədər cihaz nəyimizə lazımdır? Axı bunlar hamısı eyni funksiyanı yerinə yetirir, sadəcə ölçüləri müxtəlifdir. Gələcək çiplərin dövrüdür. Onların köməyilə smartfonlarınızı qatlaya və aça biləcəksiniz. Bir növ kağız kimi bir material olacaq. Kağızdan söz düşmüşkən, divar kağızları da süni intellektə sahib olacaq. Əgər bu gün həmin kağızların çirklənməsindən narahat olursunuzsa, yaxın gələcəkdə onunla danışa biləcəksiniz. Məsələn, səhər sübhdən ürəyiniz ağrımağa başlayır. Yanınızda da heç kim yoxdur. Vaxt itirmədən divara yaxınlaşıb, sizi Robodocla əlaqələndirməsi əmrini verirsiniz.

2020-ci ildən etibarənsə pilotsuz idarə olunan təyyarələrlə səmaya qalxacağıq. Heç avtomobil idarə etmək üçün də narahatlıq keçirməyəcəyik. Sadəcə maşına əmrlər verərək, onu hərəkətə gətirəcək, yetmək istədiyimiz mənzil başına gedəcəyik. Böyük ehtimalla çoxları artıq maşın almayacaqlar. Çünki maşınlar da robota çevriləcək. Onları istənilən nöqtədən kirayələyib, sonra geri qaytaracağıq. Avtomobillərimizin süni intellekti sayəsində gündəlik planlar qura, onunla söhbətləşə biləcəyik. Və hətta bir gün avtomobillər bizi səmada uçurda biləcəklər.

Robotlar əmək bazarına necə təsir edəcəklər?

Təbii ki, bütün bu dəyişikliklər əmək bazarına da təsir göstərəcək. Bir sıra peşələr yox olacaq. Robotlar mütəxəssisləri əvəzləyəcəklər. Həmçinin mühasiblər və bu kimi sahələrdə çalışan digər insanlar özlərinə başqa iş axtarmalı olacaqlar. Bundan əlavə, hüquqşünasların bir sıra sənəd işlərini qaydaya salan köməkçilərinə də gərək qalmayacaq. Çünki bu işlər də robotlara həvalə olunacaq. Lakin hüquqşünasın özünü heç bir robot əvəzləyə bilməz. Çünki insanın insanla ünsiyyətini ondan daha yaxşı yerinə yetirən cihaz hələ düşünülməyib. Ümumiyyətlə, robotlar ünsiyyət, münasibətlərdə güvən yaratmaq bacarığından məhrumdular. Yoxsa süni intellekt məsələsindən bəhs etməzdik. Onlar həmçinin şablon modelləri digərlərindən ayırd edə bilmirlər. Məsələn, robot masanın qarşısında durub, onun kvadrat, yaxud üçbucaq şəklində olduğunu görəcək, amma masa olduğunu ümumiyyətlə, əşyanın əhəmiyyətini anlamayacaq. Robot sağlam düşüncədən də məhrumdur. Məsələn, biz suyun quru yox, yaş olduğunu bilirik, o isə bilmir. Yaxud ananızın sizdən yaşca böyük olduğunu 5 yaşlı uşaq da bilir, robot bu bilgidən məhrumdur. Odur ki, hətta masanın nə olduğunu robota izah etmək üçün xüsusi proqram gərəkdir.

Çoxları düşünür ki. süni intellekt dövrü gələndə öncə işini zibilyığanlar itirəcək. Əslində isə belə deyil. Çünki robotlar zibili adi əşyalardan ayıracaq şüura malik deyillər. Odur ki, bu peşənin insanları öz əməklərini çox da asan hesab etməsinlər. Bir sözlə, robot nəyin pis, nəyin yaxşı olduğunu anlamır.

Robotlar polisləri də əvəz edə bilməyəcəklər. Çünki hər bir cinayət öz-özlüyündə unikaldır. Həmçinin santexniklər də peşələrini itirməkdən qorxmasınlar. Çünki heç bir robot gəlib sizin tutulmuş unitazınızı təmir etməyəcək. Niyə??? Çünki bütün unitazlar fərqlidir.