Naxçıvanda 11 min hektar ərazi ilə Günnüt kəndi düşməndən azad olunub


Digərləri 08 İyn 2018 21:01:00 447 0

Naxçıvanda 11 min hektar ərazi ilə Günnüt kəndi düşməndən azad olunub

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib.

Son.az bildirir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

APA-nın məlumatına görə, bu barədə Agentliyinə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.