Musiqi məktəbi hesabat konserti keçirib


Digərləri 08 İyn 2018 20:57:21 289 0

Musiqi məktəbi hesabat konserti keçirib

16 nömrəli musiqi məktəbi hesabat konserti keçirib

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib. Trend-in məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Yaşar Əliyev və sektor müdiri Lalə Kərimova, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.