Tbilisidə ədliyyə nazirinin istefası tələbi ilə aksiya keçirilib FOTO


Dünya 08 İyn 2018 20:26:00 308 0

Tbilisidə ədliyyə nazirinin istefası tələbi ilə aksiya keçirilib  FOTO

Tbilisidə Ədliyyə Evinin qarşısında Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin istefası tələbi ilə aksiya keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, aksiyada bir neçə qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

Etirazçılar bildiriblər ki, T. Tsulukiani müstəqil prokuror seçə bilməyəcək və buna görə də o, dərhal istefa verməlidir. Aksiya iştirakçıları "Tea, get!" şüarının olduğu qara şarları havaya buraxıblar.


Xəbərə aid fotolar