Almaniyada fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib VİDEO


Digərləri 08 İyn 2018 20:06:00 273 0

Almaniyada fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib  VİDEO

Çərşənbə günü Almaniyada yaşlı Afrika fili günün günorta çağı sirkdən qaçaraq bir müddət şəhərdə sərbəst şəkildə gəzib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə cümə axşamı polisə istinadən "Der Spiegel" nəşri yazıb.

Bildirilir ki, hadisə 65 min nəfərə yaxın insanın yaşadığı Noyvid şəhərində (Reynland-Pfalts federal torpağı) baş verib.

Məlumata görə, sirkdə filin qaçmasından dərhal xəbər tutmayıblar. "Keniya" ləqəbli heyvan tutulana və volyerə qaytarılana qədər şəhərdə 1 kilometr hərəkət edib. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Heç kim zərər çəkməyib.