Sinqapurda Trampla Kim Çen Inın görüşü ərəfəsində yeni burger


Dünya 08 İyn 2018 19:53:32 300 0

Sinqapurda Trampla Kim Çen Inın görüşü ərəfəsində yeni burger

Sinqapurda ABŞ Prezidenti Donald Trampla Şimali Koreya rəhbəri Kim Çen Inın görüşü ərəfəsində yeni hamburger növü satışa çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki,  yerli restoranların birində müştərilərə "Tramp-Kim" burgeri təqdim olunur.

Bu burger ənənəvi Koreya barbekü ətindən və Amerikanın kəskin sousu ilə hazırlanıb.